دانلود آهنگ میرو تجیلی یاردیم
میرو تجیلی یاردیم
دانلود آهنگ میرو به نام تجیلی یاردیم
Miro – Təcili Yardım
Gedə biləcəyin hər yerə baxdım
Boş qalıbdır qəlbimin taxtı
Nə qədər var kim bilə vaxtım
Bu qədər əziyyət vermə günahdır
Axı özündə döyünür bu ürək
Səni çox gözündə böyüdüb
Hüzünlə öyünüb
Aça bilmirəm axı sözündə düyümü
Dərdin nədir anlat, susqunluğa qərq olmaq nədir, de
Məni məhv edən az şey varmış kimi, sən onlardan biri də
Yox bu nağılın ardı, atdığın güllə qəlbimi yardı
İndi tək başıma qaldım, bu eşqə lazım təcili yardım
Neçə il, ay var, neçə həftə?
İtirmişəm, hansı tərəfdə ürək
Önündə hamısı vərəqlə
Sevgi kitabının yarısıdır səhvlər
Söz gedə bilməz daha əfvdən
İnanmıram sənə, sildim ürəkdən
Hər şey şeirlərimdədir
Yazmışam hamısını dəftər-dəftər
Neçə il, ay var, neçə həftə?
İtirmişəm, hansı tərəfdə ürək
Önündə hamısı vərəqlə
Sevgi kitabının yarısıdır səhvlər
Söz gedə bilməz daha əfvdən
İnanmıram sənə, sildim ürəkdən
Hər şey şeirlərimdədir
Yazmışam hamısını dəftər-dəftər
Mənim başımda duman
Qarşımda duran nədir aşılmaz olan?
Deyiləm öz yaşımda bu an
Və hiss edirəm yüz yaşında falan
Keçib özümdən özüm
Yoxdur özümə dözüm
Hər şeyi bir-bir süzüb
Və istəyirəm mən özümdən üzr
Ciyərə tüstü zərərdir, düzdür, neyləyək, ağladıb üzdülər…
Gəlirsə birdən, ani, xəbər də vermədən hər şey üstümə
Bürünüb qaralara, sonra həyatdan istədim aralanam
İstəsəm günəşi yaradandan, axı günəşin xeyri nə qar adama?
Dərdin nədir anlat, susqunluğa qərq olmaq nədir, de
Məni məhv edən az şey varmış kimi, sən onlardan biri də
Yox bu nağılın ardı, atdığın güllə qəlbimi yardı
İndi tək başıma qaldım, bu eşqə lazım təcili yardım
Neçə il, ay var, neçə həftə?
İtirmişəm, hansı tərəfdə ürək
Önündə hamısı vərəqlə
Sevgi kitabının yarısıdır səhvlər
Söz gedə bilməz daha əfvdən
İnanmıram sənə, sildim ürəkdən
Hər şey şeirlərimdədir
Yazmışam hamısını dəftər-dəftər
Neçə il, ay var, neçə həftə?
İtirmişəm, hansı tərəfdə ürək
Önündə hamısı vərəqlə
Sevgi kitabının yarısıdır səhvlər
Söz gedə bilməz daha əfvdən
İnanmıram sənə, sildim ürəkdən
Hər şey şeirlərimdədir
Yazmışam hamısını dəftər-dəftər